...

Cənubi Koreyada zavod yanıb, ölən və yaralananlar var

Dünya xəbərləri Materials 24 İyun 2024 11:33 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Cənubi Koreyada akkumulyator zavodunda baş verən yanğında bir nəfər ölüb, altı nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, yanğın paytaxt Seuldan təxminən 45 kilometr cənubda yerləşən Hvasonqdakı zavodda yerli vaxtla saat 10:31-də baş verib.

Ölü və yaralı sayının artması istisna olunmur. Belə ki, ilkin məlumata görə, 19 işçi zavodun içərisində bloklanmış vəziyyətdə qalıb. Hadisə yerinə 145 yanğınsöndürən və 50-dən çox texnika səfərbər olunub. Zavoddakı çoxsaylı litium batareyalarının alovunu söndürmək çətin olduğundan yanğının hələ də davam etdiyi bildirilir.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Xəbər lenti

Xəbər lenti