...

Almaniyada Macarıstan baş nazirinin korteji motosiklətlə toqquşub, bir nəfər ölüb

Dünya xəbərləri Materials 25 İyun 2024 02:56 (UTC +04:00)

Bakı. Trend:

Almaniyanın Ştutqart şəhərində avtomobil Macarıstanın baş naziri Viktor Orbanın kortejini müşayiət edən polisin motosikletinə çırpılıb.

Trend-in məlumatına görə, bu barədə "Bild" qəzeti xəbər verib.

Məlumata əsasən, qəza nəticəsində 61 yaşlı polis əməkdaşı həlak olub, daha bir polis əməkdaşı isə yaralanıb.

Bildirilib ki, qəza zamanı V.Orban hava limanına gedirmiş. O, daha əvvəl Ştutqartda 2024-cü ildə keçiriləcək futbol üzrə Avropa çempionatında Macarıstan millisinin oyununu izlədiyi stadiona baş çəkib.

V.Orbanın avtomobil qəzasında xəsarət alıb-almadığı barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti