Bakı. Trend:
Boliviyada dövlət çevrilişinə cəhddə 9 nəfər yaralanıb.
Trend-in məlumatına görə, bu barədə Boliviya TV-də yayımlanan mətbuat konfransında ölkənin daxili işlər naziri Karlos del Kastilyo məlumat verib.
“Təəssüf ki, doqquz yaralı haqqında məlumatımız var. Digər xəstəxanalarda da qurbanların olub-olmadığını bilmirik”, - deyə nazir bildirib.