Bakı. Trend:
ABŞ prezidenti Co Bayden yaxın gələcəkdə seçki yarışında iştirakını bərpa etmək niyyətində olduğunu bildirib.
Trend-in məlumatına görə, bu barədə "Bloomberg" agentliyi xəbər verib.
"Gələn həftə kampaniyaya qayıtmağı planlaşdırıram", - deyə C.Bayden bildirib.
Bu həftənin əvvəlində C.Bayden COVID-19 üçün müsbət test etdikdən sonra təcrid olunmağa məcbur olub.
C.Baydenin seçki kampaniyasını davam etdirməyə hazır olduğunu bildirməsi Demokratlar Partiyası daxilində yarışdan geri çəkilmək çağırışlarının artması fonunda baş verib.