...

Kremli ABŞ-dəki seçkilər maraqlandırmır - Peskov

Dünya xəbərləri Materials 22 İyul 2024 16:39 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanı ABŞ-dəki seçkilər maraqlandırmır.

Trend xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Kreml nümayəndəsi ABŞ prezidenti Co Baydenin prezidentlik yarışından geri çəkilmək barədə qərarına cavab olaraq bildirib ki, bu Rusiyanın gündəmi üçün prioritet mövzu ola bilməz.

"Bu mövzu bizi deyil, daha çox amerikalı seçiciləri narahat etməlidir. Bizim üçün əsas olan öz qayğılarımız, öz problemlərimiz, Ukraynadakı xüsusi hərbi əməliyyat və hədəflərin əldə olunmasıdır", - o deyib.

Peskovun sözlərinə görə, Kreml Harrisin Rusiya-ABŞ münasibətlərinə ciddi töhfəsini görmədiyindən onun namizədliyini qiymətləndirə bilmir.

"Qeyri-dost ritorika ilə dolu bəzi bəyanatlar olub, müsbət və ya mənfi digər fəaliyyət qeydə alınmayıb", - deyə Kreml nümayəndəsi əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti