...

Bayden Ukraynaya dəstək qanunu çərçivəsində səlahiyyətlərin bir hissəsini təhvil verib

Dünya xəbərləri Materials 23 İyul 2024 02:45 (UTC +04:00)

Bakı. Trend:

ABŞ Prezidenti Co Bayden Ukraynaya haqqında qanun çərçivəsində səlahiyyətlərinin bir hissəsini maliyyə naziri Canet Yellen və dövlət katibi Antoni Blinkenə, o cümlədən dondurulmuş Rusiya aktivlərinin müsadirə edilməsinə dair müddəaları təhvil verib.

Trend-in məlumtına görə, bu barədə Ağ Ev bildirib.

“Mən bununla, maliyyə naziri ilə məsləhətləşərək, Qanunun 104(g), 104(i), 105(c), 105(e) və 105(g) bəndlərinə uyğun olaraq Prezidentə həvalə edilmiş funksiya və səlahiyyətləri Dövlət Katibinə həvalə edirəm," - Ağ Evin yaydığı memorandumda deyilib.

"Maliyyə naziri bu memorandumu Federal Reyestrdə dərc etmək səlahiyyətinə malikdir və ona istiqamətləndirilib", - məlumatda deyilir.

“Ukraynalılar üçün iqtisadi rifah və imkanların bərpa edilməsi haqqında” qanun layihəsi ABŞ icra hakimiyyətinə Rusiyanın suveren aktivlərini Ukraynanın xeyrinə ələ keçirmək üçün lazımi səlahiyyətlər verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti