Bakı. Trend:
İyul ayı üçün xarici ticarət kəsirində əhəmiyyətli azalma olacaq.
Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyə ticarət naziri Ömer Bolat deyib
Bolat ilin 7 aylıq dövründə 70 min 600 firmanın yoxlanıldığını bildirib. O, bu kontekstdə 1 milyarda yaxın cərimənin tətbiq olunduğunu vurğulayıb.
“2023-cü ildə dünya ticarəti 1,2% azaldı. Keçən il 255,4 milyard dollarla Türkiyənin tarixi rekordunu qırdıq. İli 106 milyard dollarlıq xarici ticarət kəsiri ilə bağladıq. İyun rəqəmləri bayram effektinə görə bir qədər geridə olsa da, iyul ayı məlumatlarımızda ixracatda 10 faizlik artım müşahidə edirik. May ayında ən yüksək ixraca nail olduq” – deyə Bolat qeyd edib.