Bakı. Trend:
Ermənistanın baş naziri Nikol Paşinyan yenidən Azərbaycanla həmsərhəd Armavir vilayətinə gəlib.
Trend xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Məlumata görə, Paşinyan Armavir vilayətinin Parakar kəndinə gəlib.
O, burada 576 şagird üçün nəzərdə tutulmuş məktəbin tikinti işlərini müşahidə edib.