Bakı. Trend:
ABŞ Ukraynaya təhlükəsizlik üzrə 200 milyon dollar dəyərində yeni yardım paketinin ayrıldığını elan edib.
Trend xəbər verir ki, bu barədə Ağ Evin nümayəndəsi Con Kirbi deyib.
O qeyd edib ki, təhlükəsizlik yardımına hava hücumundan müdafiə vasitələri, HIMARS artilleriya sursatları, minaatan mərmiləri və tank əleyhinə “Javelin” raketləri daxildir.
Qeyd edək ki, iyulun 12-də ABŞ Prezidenti Co Baydenlə Ukrayna Prezidenti Volodimir Zelenski arasında keçirilən görüşdən sonra ABŞ Müdafiə Departamenti Ukraynanın vacib təhlükəsizlik və müdafiə ehtiyaclarını qarşılamaq üçün əlavə təhlükəsizlik yardımı paketini elan edib.
Pentaqonun budəfəki avadanlıq təminatı 2021-ci ilin avqustundan indiyədək sayca 61-cidir. 225 milyon dollarlıq paketə hava hücumundan müdafiə sistemləri, raket sistemləri, artilleriya üçün döyüş sursatları və tank əleyhinə silahlar daxildir.