Bakı. Trend:
ABŞ dövlət katibi Entoni Blinken Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Veysəl bin Fərhan Al Sauda zəng edərək Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.
Trend-in məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanının mətbuatı xəbər verib.
Danışıq zamanı tərəflər bölgədəki son hadisələri nəzərdən keçirib, eskalasiyanın azaldılması və Qəzza zolağında davamlı atəşkəs əldə etməyin vacibliyini vurğulayıblar.
Eyni zamanda, iki ölkənin Xarici İşlər Nazirləri Sudandakı vəziyyəti də müzakirə ediblər.