Bakı. Trend:
Rusiyanın Nijni Taqil şəhərində qaz partlaması ucbatından beşmərtəbəli evin dağılması nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb.
Trend xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat verib.
Məlum olub ki, dağıntılar nəticəsində 20 nəfər xəsarət alıb. Onların 9-u uşaqdır. İndiyədək 5 nəfərin yerini müəyyənləşdirmək mümkün olmayıb. Hazırda onlar axtarılır.
Hadisə yerindən 400 tondan çox tikinti tullantısı daşınıb. Axtarış-xilasetmə əməliyyatına 550 mütəxəssis və 74 ədəd texnika cəlb edilib.
Qeyd edək ki, partlayış avqustun 1-də səhər baş verib. Nəticədə binanın iki bloku dağılıb.