...

Fransa XİN vətəndaşlarını təcili olaraq Livanı tərk etməyə çağırıb

Dünya xəbərləri Materials 4 Avqust 2024 12:13 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransa Xarici İşlər Nazirliyi ötən gecə "Hizbullah"ın İsrailə onlarla raket atmasından sonra Fransa vətəndaşlarına Livanı mümkün qədər tez tərk etməyi tövsiyə edir.

Trend-in məlumatına görə, bu barədə Nazirlik tərəfindən yayımlanan sənəddə bildirilib.

"Yaxın Şərqdə hərbi eskalasiya riski ilə əlaqədar Fransa vətəndaşlarına Livana getməmək tövsiyə olunur", - deyə qeyd olunub.

Nazirlik Livandakı Fransa vətəndaşlarını “son dərəcə sayıq olmağa” çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti