Bakı. Trend:
İsrailin mərkəzindəki Holon şəhərində bıçaqlı şəxs ətrafdakı insanlara hücum edib.
Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, hücum nəticəsində iki nəfər ölüb, daha iki nəfər yaralanıb. Polis cinayətkara atəş açıb. Onun xəstəxanada öldüyü bildirilib.
Qeyd edilir ki, hadisə terror aktı adlandırılıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, hücumçu hadisə yerinə gələn polis zabiti tərəfindən güllələnib.