...

Öz qanuni müdafiə hüququmuzdan istifadə edəcəyik – İran XİN

Dünya xəbərləri Materials 5 Avqust 2024 15:25 (UTC +04:00)
Öz qanuni müdafiə hüququmuzdan istifadə edəcəyik – İran XİN
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran İsraili cəzalandırmaq üçün öz qanuni müdafiə hüququndan istifadə edəcəyini bir daha bəyan edir.

Trend-in məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani bu gün (5 avqust) Tehranda keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət region və dünyada təhlükəsizliyin təmin olunması istiqamətində atılan addımları dəstəkləməlidir.

“Tehranda baş verən son akt haqda BMT Təhlükəsizlik Şurası məsuliyyət daşıyır, İran Təhlükəsizlik Şurası ilə yazılı şəkildə əlaqə saxlayıb və iclasın təşkil olunmasını istəyib. Təhlükəsizlik Şurasının aktiv olmadığını nəzərə alaraq, İran beynəlxalq hüquq və normalar çərçivəsində öz təhlükəsizliyini təmin etmək üçün addım atacaq”, - deyə o qeyd edib.

Xatırladaq ki, İsmayıl Haniyə iyulun 31-nə keçən gecə Tehranda öldürülüb. HƏMAS liderinə hücum onun İran prezidenti Məsud Pezeşkiyanın andiçmə mərasimində iştirakından sonra baş verib.

Xəbər lenti

Xəbər lenti