...

Paris-2024 Olimpiya Oyunlarında biabırçılıq: İdmançılara verilən yeməyin içindən qurd çıxıb

Dünya xəbərləri Materials 7 Avqust 2024 10:18 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Üzgüçülük üzrə üçqat olimpiya çempionu Adam Piti Paris Olimpiya Oyunlarında idmançılara verilən yeməklərdə qurd tapıldığını bildirib.

Trend xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Birtaniyalı üzgüçü bildirib ki, Parisdə keçirilən Olimpiya Oyunlarında qidaların keyfiyyəti idmançılardan gözlənilən çıxışların səviyyəsinə uyğun deyil.

"Tokioda keçirilən Olimpiada zamanı qida inanılmaz idi, Rio-de-Janeyroda da həmçinin. Lakin bu dəfə yetərincə zülal seçimləri olmadı, uzun növbələrdə gözləməli oluruq. Mən ət yemək istəyirəm, çıxış etmək üçün mənə ət lazımdır, mən balıq xoşlayıram, lakin insanlar onun içərisindən qurd tapırlar", - deyə idmançı şikayətlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti