...

Britaniyalı zooloq itlərə işgəncə verdiyinə görə 10 il həbs cəzası alıb

Dünya xəbərləri Materials 8 Avqust 2024 15:49 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Britaniyalı məşhur timsah mütəxəssisi və zooloq Adam Britton onlarla itə işgəncə vermək və öldürmək ittihamı ilə 10 il 5 ay müddətinə azadlıqdan məhrum edilib.

Trend xəbər verir ki, Avstraliyanın Darvin şəhərində yaşayan zooloq Ali Məhkəmə tərəfindən 56 ittiham üzrə təqsirli bilinib.

Bildirilib ki, o, 42 itə işgəncə verib və istismar edib, onların 39-nun ölümünə səbəb olub. O, cinayətlərinin bir çoxunu lentə alıb. Həmçinin, Adam Brittona heyvan almaq və onları öz mülkündə saxlamaq ömürlük qadağan olunub.

Qeyd edək ki, Adam Britton Çarlz Darvin Universitetində baş tədqiqatçı olub, həmçinin “BBC” və “National Geographic”in müxtəlif proqramlarında zooloq kimi iştirak edib.

Xəbər lenti

Xəbər lenti