Bakı. Trend:
Aprel ayından bəri Danimarkada isveçli yeniyetmələrin - Danimarka cinayətkar dəstələri tərəfindən "çirkli işlərə" cəlb edilmiş "uşaq əsgərlərin" iştirakı ilə 25 insident baş verib. Son hadisələrdən birində dəstə üzvlərindən biri öldürülüb
Trend xəbər verir ki, Danimarka isveçli yeniyetmələrin iştirakı ilə atışmaların artmasından sonra İsveçlə sərhəddə nəzarəti gücləndirəcək, ədliyyə naziri Peter Hummelqaard xəbər verir.
"Biz nəzarəti gücləndiririk, qismən təhlükəsizliyi yaxşılaşdırmaq, həm də dəstə münaqişələri ilə bağlı tapşırıqları yerinə yetirmək üçün Kopenhagenə gələn müqaviləli isveçli uşaq əsgərlərin sərhədi keçməsinin qarşısını almaq üçün" - Peter Hummelqaard bildirib.
Ədliyyə naziri bildirib ki, aprel ayından bəri polis ən azı 25 isveçli yeniyetmələrin işə götürülməsi faktını qeydə alıb.
Avqustun 7-də Kopenhagendə “Family Loyal” dəstəsi ilə əlaqəsi olan 43 yaşlı kişi güllələnib. Münaqişə zamanı 42 yaşlı qadın xəsarət alıb. Son iki həftə ərzində üç atışma "uşaq əsgərlər"lə əlaqələndirilib və üç isveçli azyaşlı həbs edilib.
Nazir Danimarka dəstələrinin gənc isveçliləri öz "çirkli işlərini" yerinə yetirmək üçün işə götürməsini "dəhşətli fenomen" adlandırıb. Onun sözlərinə görə, banda münaqişələrində “ipləri” qeyri-Qərb dünyasından - məsələn, Livan, İraq, BƏƏ-dən olan insanlar “çəkirlər”. "Biz bunu qəbul etmək istəmirik" dedi Hummelgaard.