Bakı. Trend:
Avropa İttifaqı ölkələri Afina yaxınlığında tüğyan edən təbii yanğınla mübarizəyə kömək etmək üçün Yunanıstana yanğınsöndürənlər və xüsusi avadanlıq göndərəcək.
Trend-in məlumatına görə, bu barədə Avropa Komissiyasının (AK) sədri Ursula fon der Leyen "X" sosial şəbəkəsində bildirib.
"Aİ kömək üçün xilasetmə kompleksi göndərir: İtaliyadan iki təyyarə və Fransadan bir helikopter", - deyə o yazıb.
Yunanıstanın "Katimerini" qəzetinin məlumatına əsasən, İtaliya Yunanıstana iki yanğınsöndürmə təyyarəsi göndərəcək. Onların çərşənbə axşamı Yunanıstana gələcəyi gözlənilir.
Fransanın daxili işlər naziri Jerald Darmanin bildirib ki, Paris Afinaya 180 yanğınsöndürən, 55 yük maşını və bir helikopter göndərəcək.