...

Ukraynaya daha 4,2 milyard avro köçürülüb

Dünya xəbərləri Materials 13 Avqust 2024 16:10 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) bu gün 4,2 milyard avroluq növbəti maliyyə yardımını Ukrayna hökumətinin hesabına köçürüb.

Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, bununla da 2024-cü ilin əvvəlindən Aİ tərəfindən ölkəsinə dəstək məqsədilə verilən vəsaitin həcmi 12 milyard avroya çatıb.

Qeyd edək ki, Aİ rəsmi Kiyevə 4,2 milyard avro vəsaitin ayrılması barədə qərarı avqustun 6-da təsdiqləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti