Bakı. Trend:
Avstraliya və İndoneziya müdafiə sahəsində əməkdaşlıq sazişi imzalayıb. Bunu Avstraliyanın baş naziri Entoni Albanese deyib.
Trend-in məlumatına görə, söhbət 2012-ci il müdafiə paktının yenilənməsindən gedir. Avstraliya hakimiyyəti yeni sazişləri 2006-cı ilin noyabrında ikitərəfli təhlükəsizlik sazişinin bağlanmasından sonra ən mühüm strateji sənədlərdən biri hesab edir.
Yeni sənəd, xüsusilə, iki ölkənin müdafiə qüvvələrinin birgə təlimlərinin parametrlərini tənzimləyir. Bu, diplomatik və siyasi fikir ayrılıqları səbəbindən təhlükəsizlik sahəsində əməkdaşlığın müntəzəm olaraq zəiflədiyi çətin birgə tarixin fonunda vacibdir.
"Bu tarixi müqavilə... iki ölkəmiz üçün bir-birinin təhlükəsizliyini qorumaq üçün həyati bir təməl olacaq", - deyən Albanese, müqavilənin yaxın günlərdə rəsmi olaraq imzalanmasının gözlənildiyini bildirib.