Bakı. Trend:
Türkiyənin xarici işlər naziri Hakan Fidan Avropa İttifaqı Şurasının qeyri-rəsmi görüşündə iştirak etmək üçün Brüsselə gedəcək.
Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir ki, bu, son beş ildə Aİ-dən Türkiyəyə ilk dəvətdir.
Türkiyə XİN-in rəsmi nümayəndəsi Öncü Kecəli Hakan Fidanın görüşə dəvət olunması faktını təsdiqləyərək deyib: "Biz bu dəvəti alqışlayırıq. Bu, həmçinin ona işarədir ki, Aİ regional və qlobal çağırışlar qarşısında Türkiyə ilə münasibətlərin inkişaf etdirilməsi zərurətini anlayır. Münasibətlərdə irəliləyişə nail olmaq üçün bizim Aİ ilə bütün sahələrdə əməkdaşlıq və dialoqumuzun davamlı və sistemli şəkildə həyata keçirilməsi vacibdir”.
Qeyd edək ki, Avropa İttifaqı ölkələrinin xarici işlər və müdafiə nazirlərinin qeyri-rəsmi görüşü avqustun 29-30-da Brüsseldə keçiriləcək.