...

Bayden Misir və Qətər liderləri ilə Qəzza zolağındakı vəziyyəti müzakirə edib

Dünya xəbərləri Materials 24 Avqust 2024 09:27 (UTC +04:00)
Bayden Misir və Qətər liderləri ilə Qəzza zolağındakı vəziyyəti müzakirə edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Cozef Bayden cümə günü misirli həmkarı Əbdülfəttah əs-Sisi və Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə telefon danışığı aparıb.

Trend xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Tərəflər Qəzza zolağında atəşkəslə bağlı Qahirədə keçiriləcək danışıqları müzakirə ediblər.

Liderlər Qahirədə qarşıdan gələn danışıqları və razılaşma yolunda qalan bütün maneələri aradan qaldırmaq səyləri barədə fikir mübadiləsi aparıb.

Onlar, həmçinin, İsrail və Fələstinin HƏMAS radikal hərəkatı arasında razılaşmanın “təcili bağlanmasının zəruriliyini” qeyd ediblər.

Xəbər lenti

Xəbər lenti