...

Ərdoğan göndərdiyi təyyarələrə görə Putinə təşəkkür edib

Dünya xəbərləri Materials 25 Avqust 2024 02:37 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə liderinin sözlərinə görə, Rusiya Federasiyası bir vaxtlar ölkəyə Be-200 amfibiya təyyarələri verib.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinə meşə yanğınlarının söndürülməsi üçün Türkiyəyə Be-200 amfibiya təyyarəsi verdiyinə görə təşəkkür edib.

“Rusiya Federasiyasının Prezidenti cənab Putinə təşəkkür edirəm ki, o, bir vaxtlar bizi Be-200 amfibiya təyyarəsi ilə təmin edib, bu iki maşının istifadəsi sayəsində biz meşə yanğınlarını daha asan söndürə bilmişik. Ərdoğan kabinet iclaslarının nəticələrindən sonra yerli telekanallarda çıxış edərkən deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti