...

Pakistan Hindistanın baş nazirini İslamabada səfərə dəvət edib

Dünya xəbərləri Materials 26 Avqust 2024 07:41 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İslamabad Narendra Modini ŞƏT sammitində iştirak etməyə dəvət edib.

Trend-in məlumatına görə, bu barədə "The Express Tribune" qəzeti yazıb.

Pakistan Hindistanın Baş naziri Narendra Modini 15-16 oktyabr 2024-cü il tarixlərində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Hökumət Başçılarının Görüşündə iştirak etmək üçün İslamabada səfərə rəsmi dəvət edib.

Nəşrin qeyd etdiyi kimi, Pakistan səkkiz ildə ilk dəfə Hindistan liderini ölkəyə rəsmi səfərə dəvət edib. Sonuncu dəfə, 2016-cı ildə Modi Cənubi Asiya Regional Əməkdaşlıq Assosiasiyasının (SAARC) sammitində iştirak etmək üçün İslam Respublikasına dəvət olundu, lakin sonra Hindistan tədbiri boykot etdi.

Qəzetin yazdığına görə, İslamabad və Yeni Dehli arasında münasibətlərin hazırkı vəziyyətini nəzərə alaraq, Hindistanın baş naziri üzbəüz görüş əvəzinə, qarşıdakı ŞƏT iclasında iştirakın virtual formatı ilə məhdudlaşa bilər.

ŞƏT 2001-ci il iyunun 15-də Şanxayda yaradılıb. Əvvəlcə altı ölkədən ibarət olan sammit: Rusiya, Qazaxıstan, Qırğızıstan, Çin, Tacikistan və Özbəkistan 2017-ci ildə onlara Hindistan və Pakistan, 2023-cü ildə isə İran qoşuldu. İyulun 4-də Astanada keçirilən sammitdə Belarusun assosiasiyaya qəbul edilməsi barədə qərar qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti