Bakı. Trend:
Novosibirskdən olan Aleksandr Oşçepkovun azərbaycanlı Rza Rzayevin təsvir olunduğu fotoşəkili Andrey Stenin adına X Beynəlxalq Fotojurnalistika Müsabiqəsində “Portret. Dövrümüzün Qəhrəmanı” nominasiyasında qalib olub.
Trend xəbər verir ki, yubiley müsabiqəsinin qalibləri Moskvada elan edilib. Aleksandr Oşçepkovun əsəri, "Uşaqlar qorxur, mən isə özüm atayam" adı altında, Novosibirskdə qəza zamanı uşaqları qaynar sudan keçirən yükvuran fəhlə Rza Rzayevin qəhrəmanlığını əks etdirir.
Xatırladaq ki, 2023-cü il yanvarın 17-də Novosibirsk şəhərində kommunal qəza nəticəsində Plaxotnı küçəsində qaynar suyun yaratdığı təhlükəli vəziyyətdə Rza Rzayev, həyatını riskə ataraq, təxminən 20-dən çox insanı təhlükəsizliyə çatdırıb.