...

Rusiyada xərçəng əleyhinə vaksin üzrə tədqiqatlar tamamlanıb

Dünya xəbərləri Materials 7 Sentyabr 2024 13:23 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

Xərçəng əleyhinə vaksinin tədqiqatları tamamlanıb, ilk mərhələnin sınaqları Rusiya Səhiyyə Nazirliyinin icazəsindən sonra başlayacaq.

Trend xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin ştatdankənar baş onkoloqu, Rusiya Elmlər Akademiyasının akademiki Andrey Kaprin məlumat verib.

“Biz klinikadan əvvəlki tədqiqatlarını keçirdik. İndi Səhiyyə Nazirliyinə məktub göndərilib ki, ilk mərhələ sınaqlarına icazə verilsin. İcazə alanda, saytda könüllülərin tibbi göstərişlərlə qəbuluna hazır olduğumuzu elan edəcəyik”, - deyə Kaprin bildirib.

O qeyd edib ki, müalicəsi davam edən xərçəng xəstələri üçün vaksin kontrendikasiya olunacaq, buna görə də xəstələr müalicə tamamlanmadan vaksin ala bilməyəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti