...

ABŞ Maliyyə Naziri Çinli həmkarının səfərini gözləyir

Dünya xəbərləri Materials 8 Sentyabr 2024 00:32 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Maliyyə Nazirliyinin rəhbəri Janet Yellen Çinin maliyyə naziri Lan Foanın ABŞ-a səfər edəcəyini gözləyir və həmçinin Çinə yeni səfərini istisna etmir.

Trend Bloomberg-ə istinadən xəbər verir ki, Janet Yellen özünün Çinə səfərini istisna etmir.

“Əlbəttə, mən ora yenidən gedə bilərəm. Çinli həmkarımın səfərini də alqışlayaram. Güman edirəm ki, yeni səfər əlbət baş tutacaq”, o, Texasda “The Texas Tribune” tərəfindən təşkil edilən tədbirdə danışarkən deyib.

O, hesab edir ki, Pekin və Vaşinqton inkişaf etməkdə olan ölkələrin borclarını azaltmaq üzrə əməkdaşlığı dərinləşdirməlidir. Nazir qeyd edib ki, gələcəkdə ayrı-ayrı dövlətlərin hüdudlarından kənara çıxacaq maliyyə böhranı başlayarsa, belə qarşılıqlı fəaliyyət faydalı olacaq.

Yellen sonuncu dəfə aprelin 3-dən 9-dək Çinə səfərdə olub. O, çinli həmkarı Lan Foan və Çin Xalq Respublikası Dövlət Şurasının Baş naziri Li Qianq, eləcə də beynəlxalq biznes nümayəndələri ilə görüşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti