...

İrəvandakı Qarabağ separatçılarının "nümayəndəliyi" bağlanmalıdır - Simonyan

Dünya xəbərləri Materials 9 Sentyabr 2024 13:18 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

İrəvandakı Qarabağ separatçılarının "nümayəndəliyi" bağlanmalıdır.

Trend xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərə açıqlamasında bildirib.

Erməni spiker qondarma rejimin “hakimiyyətini” tanınmamış “respublika”nın ləğvində ittiham edib.

Simonyan əlavə edib ki, onlar mütəmadi olaraq həmin "Artsax" nümayəndəliyində görüşlər təşkil edərək məsuliyyəti ört-basdır etməyə çalışırlar.

"Düşünürəm ki, bu binanın gələcəkdə hansı məqsəd üçün istifadə ediləcəyini yenidən nəzərdən keçirməliyik. O, bu cür məqsədlərə xidmət etməməlidir", - Simonyan vurğulayıb.

Xəbər lenti

Xəbər lenti