...

Rusiya ilə strateji əməkdaşlıq sənədinin imzalanması yekun mərhələdədir – İran XİN

Dünya xəbərləri Materials 9 Sentyabr 2024 13:32 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran və Rusiya arasında strateji əməkdaşlıq sənədinin imzalanması artıq yekun mərhələdədir.

Trend-in məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bu gün (9 sentyabr) Tehranda keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, son illərdə regional və beynəlxalq prosesləri nəzərə alaraq, İran və Rusiya münasibətlərinin inkişaf etdirilməsi məqsədilə sənədin tənzimlənməsi xüsusi şəkildə iki tərəfin gündəmində yer alıb.

Bu sənədin iki ölkə prezidenti tərəfindən imzalanması gündəmdədir. Sənəd imzalandıqdan sonra İran parlamentində ratifikasiya olunaraq icra ediləcək.

Kənani əlavə edib ki, İranın qənaətincə, bu sənəd bütün sahələrdə, o cümlədən, ticarət sahəsində ikitərəfli münasibətlərin inkişaf etdirilməsi üçün lazımi hüquqi əsasları özündə əks etdirəcək.

Xəbər lenti

Xəbər lenti