Bakı. Trend:
Ermənistanda 3 nəfər Qərbi Nil virusundan həyatını itirib.
Trend erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, daha əvvəl virusa yoluxmuş xəstənin öldüyü bildirilib.
Son 2 ölüm halı isə xroniki xəstəlikləri olan 80 yaşdan yuxarı vətəndaşlarda qeydə alınıb.