...

ABŞ Rusiyaya mümkün raket tədarükü ilə əlaqədar İrana qarşı tədbirlər görə bilər

Dünya xəbərləri Materials 10 Sentyabr 2024 00:39 (UTC +04:00)

Bakı. Trend:

ABŞ Rusiyaya yaxın mənzilli raketlər tədarük edilməsi iddiası ilə əlaqədar İrana qarşı əhəmiyyətli tədbirlər görməyə qadirdir.

Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Vedant Patel deyib.

"Biz bu məlumatdan çox narahatıq. Biz "G7" üzrə tərəfdaşlarımızla ciddi nəticələrə səbəb ola biləcək tədbirlər görməyə hazır olduğumuzu açıqladıq", - deyə o, İranın Rusiyaya raketlrərin göndərə bilməsi ilə bağlı mediada yayılan xəbərlərə münasibət bildirirkən qeyd edib.

V.Patel hansı tədbirlərdən söhbət getdiyini dəqiqləşdirməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti