Bakı. Trend:
ABŞ İranın Rusiya ilə əməkdaşlığına görə yeni sanksiyalar elan edəcək.
Trend xəbər verir ki, bunu ABŞ-nin Dövlət katibi Entoni Blinken deyib.
“Biz İran əleyhinə yeni sanksiyalar elan edəcəyik”, - Blinken bildirib.
Blinken əlavə edib ki, məhdudiyyətlər, o cümlədən, “Iran Air”ə qarşı yönəldiləcək.