...

Qazaxıstanda Tokayev və Şolts arasında planlaşdırılmış mətbuat konfransı ləğv edilib

Dünya xəbərləri Materials 17 Sentyabr 2024 01:44 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev və Almaniyanın Federal Kansleri Olaf Şolts arasında planlaşdırılan birgə mətbuat konfransı gözlənilmədən Astana tərəfinin təşəbbüsü ilə ləğv edilib.

Trend-in məlumatına görə, bu barədə Almaniyanın DPA agentliyi xəbər yayıb.

Buna baxmayaraq, Şolts Tokayevlə görüşdən sonra jurnalistlərlə danışıb və bildirib: “Bütün dünyada jurnalistlər üçün yaxşı iş şəraitinin olmasını istərdim. Odur ki, mən bu məsələdə kiçik bir töhfə vermək məqsədilə burada sizin qarşınızdayam.”

Qeyd edək ki, liderlər Astanada iki ölkə arasında enerji, ticarət və investisiya sahələrində qarşılıqlı əlaqələrin gücləndirilməsini müzakirə ediblər və bu məqsədlə bir sıra sənədlər imzalanıb.

Xəbər lenti

Xəbər lenti