...

Ermənistan Prokurorluğu Robert Köçəryana, Seyran Ohanyana və digərlərinə qarşı yeni cinayət təqibinə başlayıb

Dünya xəbərləri Materials 17 Sentyabr 2024 13:38 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan Prokurorluğu ölkənin sabiq prezidenti Robert Köçəryana, sabiq müdafiə naziri Seyran Ohanyana və digərlərinə qarşı yeni cinayət təqibinə başlayıb.

Trend xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Bildirilir ki, sentyabrın 12-də Kassasiya Məhkəməsinin Korrupsiyaya Qarşı Mübarizə Palatası təqsirləndirilən Robert Köçəryan, Seyran Ohanyan və başqaları ilə bağlı İrəvan Şəhər Məhkəməsinin qərarını ləğv edib.

Kassasiya Məhkəməsi bəyan edib ki, hazırkı şəraitdə birinci instansiya məhkəməsinin Robert Köçəryan, Seyran Ohanyan, Armen Gevorkyan və Yuri Xaçaturov barəsində başlanmış cinayət təqibinə xitam verilməsi barədə qərar qanunsuzdur.

Konstitusiya Məhkəməsi prokurora təqsirləndirilən şəxslərin əməlinə hüquqi qiymət vermək səlahiyyəti verib.

Xəbər lenti

Xəbər lenti