Bakı. Trend:
Ermənistan Fransa və Hindistanla hərbi-texniki sahədə sıx əməkdaşlıq edir və yeni tərəfdaşlar axtarır.
Trend xəbər verir ki, bu barədə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ümumdünya Erməni Sammitində deyib.
Qeyd edib ki, əvvəllər Rusiya ilə hərbi-texnika üzrə əməkdaşlığın səviyyəsi 96 faizə çatırdısa, indi bu göstərici 10 faizdən aşağı düşüb.
“Hazırda bu sahədə iki əsas tərəfdaşımız var. Onlardan biri Hindistan, digəri isə Fransadır. Biz yeni tərəfdaşlar axtarırıq”, - Armen Qriqoryan bildirib.