Bakı. Trend:
Livanda rabitə cihazlarında baş verən yeni partlayışlar nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb, 300-dən çox insanın yaralandığı bildirilir.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Xatırladaq ki, sentyabrın 17-də Livanda rabitə qurğularında baş verən partlayışlar nəticəsində azı 12 nəfər ölüb, 4 min nəfər yaralanıb.
xxx
19:12
Livanın cənubunda yenidən partlayışlar baş verib.
Trend bu barədə xarici KİV-lərə istinadən məlumat yayıb.
Məlumata görə, partlayışlarda ən azı 100 nəfər xəsarət alıb.
Yenidən rabitə qurğularının partladığı qeyd edilib.