Bakı. Trend:
Livanda təyyarə sərnişinlərinə peycer və ratsiyaların daşımasına qadağan edilib.
Trend bu barədə "Əl-Cəzirə"-yə istinadən xəbər verir.
Məlumata görə, bu qadağalar Beyrut Beynəlxalq Hava Limanından keçən hər cür yükə - həm baqaj, həm də əl yükünə aiddir.
Peycer və ratsiyalar aşkarlandıqda, hava limanının təhlükəsizlik xidməti tərəfindən müsadirə ediləcək. Bu tədbirlər Livanda 2 gün ərzində peycer və digər cihazların partlamasından sonra görülüb.
Qeyd edək ki, partlama nəticəsində 4 min nəfərdən çox yaralanıb, onlarla insan isə həyatını itirib.