...

Qazaxıstan Orta Dəhliz vasitəsilə daşımaların həcmini 10 milyon tona çatdırmağı planlaşdırır

Dünya xəbərləri Materials 20 Sentyabr 2024 06:57 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Cümə axşamı Astanada Qazaxıstanın Baş naziri Oljas Bektenov ilə Gürcüstanın Baş nazirinin birinci müavini və iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili arasında tranzit-nəqliyyat sektorunun inkişaf perspektivləri müzakirə olunub.

Trend xəbər verir ki, Bektenov görüş zamanı Qazaxıstan və Gürcüstanın Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) inkişafı üzrə sıx əməkdaşlıq etdiyini vurğulayıb.

“Bu marşrut üzrə yüklərin daşınması keçən il 65 faiz, bu ilin ilk 8 ayında isə 69 faiz artaraq 2,9 milyon tona çatıb,” – deyə Bektenov bildirib. O, Qazaxıstanın Orta Dəhliz vasitəsilə yükdaşımaları 10 milyon tona çatdırmağı hədəflədiyini və bu məqsədə çatmaq üçün hökumətin tranzit şəraitini yaxşılaşdırmaq istiqamətində addımlar atdığını qeyd edib.

Bektenov Bakı–Tbilisi–Qars dəmir yolu xətti də daxil olmaqla, Orta Dəhliz üzrə rəqabətqabiliyyətli tariflərin yaradılması, çatdırılma müddətlərinin azaldılması və nəqliyyat həcminin artırılması üçün birgə əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb. Görüşdə həmçinin dəhlizin beynəlxalq daşıyıcılar üçün cəlbediciliyini artıracaq rəqəmsallaşdırmanın önəmi qeyd edilib.

Orta Dəhliz, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Çin və Avropa ölkələrini birləşdirən vacib nəqliyyat marşrutudur.

Xəbər lenti

Xəbər lenti