...

Beyrutda canlı yayımda Fulya Öztürkə naməlum şəxslər maneə olub

Dünya xəbərləri Materials 30 Sentyabr 2024 02:54 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrailin Beyruta davam edən hücumları fonunda bölgədə olan "CNN Türk" komandasına canlı yayım zamanı naməlum şəxslər tərəfindən müdaxilə olunub.

Trend-in məlumatına görə, bu barədə "Yeni Akit" qəzeti xəbər verir.

Hadisə nəticəsində telekanalın müxbiri Fulya Öztürk yayımı yarımçıq dayandırıb.

Qeyd olunur ki, canlı yayım zamanı Fulya Öztürkün yanına yaxınlaşan bir və ya bir neçə şəxs onun yayım aparmasına mane olub. Müxbir həmin anlarda "Pardon, pardon, pardon" deyərək yayımı kəsmək məcburiyyətində qalıb.

Bu gərgin anlar sosial mediada müzakirələrə səbəb olub.

Xəbər lenti

Xəbər lenti