Bakı. Trend:
Meksikada, Qvatemala ilə sərhəddə yerləşən Çiapas bölgəsində patrul xidmətini həyata keçirən əsgərlər tərəfindən açılan atəş nəticəsində altı miqrant həlak olub.
Trend xəbər verir ki, hərbçilər yolsuzluq avtomobilləri ilə qaçmağa çalışan 33 nəfərlik miqrant qrupuna atəş açıblar. Miqrantlar qanunsuz şəkildə sərhədi keçməyə cəhd edərkən, insident Villa Comaltitlan-Huistla magistralında baş verib.
Meksika Müdafiə Nazirliyi, dayandırılan furqonda Kuba, Hindistan, Nepal, Pakistan və ərəb ölkələrindən olan 33 miqrantın olduğunu açıqlayıb. Hadisədən sonra iki əsgər xidmətdən uzaqlaşdırılıb və Baş Prokurorluq onların məsuliyyət səviyyəsini araşdıracaq, hərbi intizam qaydalarının pozulub-pozulmadığını müəyyən edəcək.