...

Mask bildirib ki, demokratlar ABŞ vətəndaşlarını söz azadlığı hüququndan məhrum etmək istəyirlər

Dünya xəbərləri Materials 3 Oktyabr 2024 05:26 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Elon Musk hesab edir ki, Demokrat Partiyası ABŞ vətəndaşlarının söz azadlığı hüququnu açıq şəkildə əlindən almağa çalışır.

Trend xəbər verir ki, o, çərşənbə günü öz X səhifəsində yazıb: “Demokrat Partiyası, nifrət nitqi olaraq qəbul etdikləri bəhanəsi ilə sizin söz azadlığınızı əlindən almaq istəyir.”

Daha əvvəl ABŞ-da Respublikaçılar Partiyasından vitse-prezidentliyə namizəd Ceyms Devid Vens senzuranı ABŞ demokratiyası üçün əsas təhlükə adlandırmışdı. Vens-in sözlərinə görə, Demokratlar Partiyasından vitse-prezidentliyə namizəd Kamala Harris “insanları susdurmaq və fikirlərini ifadə etməmələrini istəyir.”

Xəbər lenti

Xəbər lenti