...

Ümumdünya Səhiyyə Təşkilatı yaralıların sayının artması səbəbindən Livan xəstəxanalarının dolduğunu bildirir

Dünya xəbərləri Materials 3 Oktyabr 2024 05:43 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Livanın böhranlarla zəifləmiş səhiyyə sistemi, yaralıların artması ilə üzləşən xəstəxanalarla indiki döyüş şəraitində mübarizə aparır.

Trend xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus “X” səhifəsində məlumat yayıb.

O, bildirib ki, "Livanda ölənlərin sayı artır, xəstəxanalar isə yaralı axını ilə dolub. Səhiyyə sistemi davamlı böhranlar nəticəsində zəifləmiş vəziyyətdədir və böyük ehtiyacların öhdəsindən gəlməkdə çətinlik çəkir".

Baş direktor, təşkilatın xəstəxanaları kifayət qədər tibbi ləvazimatla təmin etmək və tibb işçilərinə təlim vermək üçün Livanın Səhiyyə Nazirliyi ilə sıx əməkdaşlıq etdiklərini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti