Bakı. Trend:
İsrail hərbçiləri Beyrutda "Hizbullah" təşkilatının raket proqramının liderlərindən birini öldürüb.
Trend-in məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.
Məlumata əsasən, hadisə "bu həftənin əvvəlində" İsrail Hərbi Hava Qüvvələrinin Beyruta "məqsədli, kəşfiyyata əsaslanan zərbəsi" nəticəsində baş verib.
Hərbçilərin məlumatına görə, o, dəqiq raketlər də daxil olmaqla silahların istehsalı ilə məşğul olan "Hizbullah" bölməsinin rəhbərliyinin tərkibində olub.