Bakı. Trend:
İsrailin yaxın saatlarda İrana cavab zərbələri endirə biləcəyi ehtimal olunur.
Trend xəbər verir ki, bu barədə ABŞ-dakı mənbələrə istinadən "Kanal 14" məlumat yayıb. Bildirilir ki, bir neçə qeyri-hökumət təşkilatı İsrailin yaxın saatlarda İrana hücum edə biləcəyi ilə bağlı xəbərdarlıq alıb.
Mənbənin iddialarına görə, belə bir hücum halında İranın cavab tədbirləri həyata keçirməsi ehtimalı da var.
Xatırladaq ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən İsrailə qarşı raket zərbələri endirilib və İrandan İsrailə 500-ə yaxın raket atılıb. Bu hadisə, İsrailin cavab tədbirlərinin daha da ehtimal olunduğu bir vəziyyət yaradıb.