...

“Trump Media & Technology Group”un səhmlərində əhəmiyyətli artım qeydə alınıb

Dünya xəbərləri Materials 8 Oktyabr 2024 06:11 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-da “X” sosial şəbəkəsinin sahibi İlon Maskın Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın mitinqində çıxış etməsindən sonra “Trump Media”nın səhmləri “Nasdaq”da təxminən 15% artıb.

Trend xəbər verir ki, ticarət başlayandan sonra “Trump Media & Technology Group Corp”un bir səhminin qiyməti 17,04 dollardan 19,6 dollara yüksəlib.

Sonradan qiymətlərdə düzəlişlər edilib və hazırda bir səhmin dəyəri 18,15 dollar təşkil edir.

İqtisadçılar bu vəziyyəti Maskın böyük təsir gücünə malik olması ilə əlaqələndirirlər və bu hadisənin Trampın yenidən prezidentlik yarışında populyarlığını artıracağını düşünürlər.

Xəbər lenti

Xəbər lenti