...

Tramp Ukraynaya təxminən 300 milyard dollar vəsait ayrılmasını tənqid edib

Dünya xəbərləri Materials 8 Oktyabr 2024 08:35 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Ukraynaya təxminən 300 milyard dollar yardım ayrılmasını tənqid edib.

Trend-in məlumatına görə, ABŞ-ın keçmiş prezidenti bu barədə "Fox News" telekanalına verdiyi müsahibədə bildirib. Trampın sözlərinə görə, ABŞ-da qasırğa qurbanları fövqəladə yardımlar üçün sadəcə 750 dollar alır.

O, həmçinin bəzi ştatlarda, xüsusilə Şimali Karolinada, təbii fəlakətlərin nəticələri ilə bağlı səlahiyyətlilərin fəaliyyətindən narazı olduğunu ifadə edib:

"Şimali Karolinada kömək edəcək adam yoxdur. Bu, dəhşətli bir vəziyyətdir. Bir adam daşın üstündə oturmuşdu, çünki heç bir şeyi qalmamışdı."

Xəbər lenti

Xəbər lenti