Bakı. Trend:
Bundestaq (Almaniya parlamenti) 2024-cü il üçün Ukraynaya 400 milyon avro məbləğində əlavə yardımın ayrılmasını təsdiqləyib.
Trend xəbər verir ki, bu barədə RND-yə müsahibəsində Almaniya Müdafiə Nazirliyi yanında Ukraynaya yardımın əlaqələndirilməsi üzrə işçi qrupun rəhbəri Kristian Froydinq deyib.
"Bu, bizə bu il ümumi dəyəri 1,4 milyard avro olan 50 layihəni həyata keçirməyə imkan verəcək", - o bildirib.
K.Froydinq qeyd edib ki, Almaniya Ukraynaya dəstəyini davam etdirəcək. Təkcə ötən həftə Kiyevə 2 ədəd “IRIS-T SLM” və “SLS” zenit-raket kompleksi verilib. İlin sonuna kimi daha 2 zenit sistemi, piyadaların döyüş maşınları, tanklar və artilleriya sursatları tədarük ediləcək.