...

Türkiyə “Eurofighter Typhoon” hərbi təyyarələrini almaq üçün Almaniyadan təsdiq gözləyir

Dünya xəbərləri Materials 11 Oktyabr 2024 01:32 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə hökuməti “Eurofighter Typhoon” döyüş təyyarələrinin alınması üçün Berlindən müsbət cavab gözləyir.

Trend-in “Deutsche Welle”yə istinadla verdiyi xəbərə görə, Almaniyanın silah ixracına cavabdeh olan İqtisadiyyat Nazirliyi, DPA agentliyinin bu barədə sorğusuna “Almaniya hökuməti davam edən proseslərə dair şərh vermir” deyə cavab verib.

Məlumatda qeyd edilir ki, Türkiyə hökuməti, Almaniya, İngiltərə, İtaliya və İspaniya konsorsiumu tərəfindən istehsal olunan “Eurofighter Typhoon” təyyarələrindən 40 ədəd almağı planlaşdırır. Almaniyanın bu təyyarələrin istehsalında iştirakına görə, ixrac prosedurunun təsdiqlənməsi üçün rəsmi Berlinin razılığı tələb olunur. Türkiyə keçən ildən bəri bu təsdiqi gözləyir. Milli müdafiə naziri Yaşar Güler daha öncə Türkiyənin İngiltərə və İspaniyanın təsdiqini aldığını açıqlamışdı. Qeyd edək ki, bir neçə gün əvvəl “Spiegel” qəzeti, Almaniyanın Türkiyəyə silah ixracını uzun müddətdir məhdudlaşdıran siyasətində bəzi dəyişikliklər etdiyini iddia etmişdi.

Xəbər lenti

Xəbər lenti