...

Kolorado şaxtasında yerin altında qalan 12 nəfər xilas edilib

Dünya xəbərləri Materials 11 Oktyabr 2024 07:25 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Kolorado ştatında məşhur Mollie Kathleen qızıl mədənində yerin altında qalan 12 nəfərin hamısı xilas edilib.

Trend-in məlumatına görə, bu barədə ştatın qubernatoru Jared Polis məlumat verib.

"Mollie Kathleen mədənində sıxışan 12 nəfərin sağ-salamat xilas edilməsindən məmnunam", - o, X sosial şəbəkəsində yazıb.

Polis hadisədə həlak olanların ailəsinə başsağlığı verib.

Qeyd edək ki, mədən məşhur turistik məkanlardan biridir və dərinliyi təxminən 300 metrdir.

Xəbər lenti

Xəbər lenti