Bakı. Trend:
Türkiyədə sərnişin avtobusunun aşması nəticəsində 21 nəfər yaralanıb.
Trend bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.
Malumatda bildirilir ki, Afyonkarahisarın Çay rayonunda sürücüsü və nömrə nişanı hələ müəyyən edilməmiş sərnişin avtobusu, Cümhuriyyət kəndi yaxınlığında dərəyə aşıb. Avtobusunun aşması nəticəsində 21 nəfər yaralanıb.
Qəza yerinə sağlamlıq, xilasetmə və jandarma qrupları sövq edilib. Hadisədə yaralananlar Afyonkarahisardakı xəstəxanalara aparılıb.